SƏHİYYƏ

TƏBİB radioloqun kontrast maddə çatışmazlığı iddiasına rəsmi cavab verdi

Radioloq Aydın Əliyev bəzi tibb müəssisələrində "Ultravist" kontrast maddəsinin olmadığını, xəstələrin buna görə problem yaşadığını yazıb.
Sputnik
BAKI, 29 mart — Sputnik. TƏBİB bəzi tibb müəssisələrində kontrastlı KT, Anfioqrafiya və bir çox kontrastlı Rentgen müayinələrində istifadə edilən "Ultravist" kontrast maddəsinin olmadığı barədə iddialara cavab verib. TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, səslənən iddialar əsassızdır.
"Sorğunuza əsasən bildiririk ki, TƏBİB tabeliyində fəaliyyət göstərən sözügedən müayinələri icra edən dövlət tibb müəssisələrində kontrast maddəsi ilə təminat və təchizatla bağlı hər hansı çatışmazlıq mövcud deyil. Tələbata uyğun olaraq müəssisələr tam təmin olunur".
Qeyd edək ki, bu iddia ilə radioloq Aydın Əliyev çıxış edib. O, öz Facebook sosial şəbəkə hesabında bəzi tibb müəssisələrində kontrastlı KT, Anfioqrafiya və bir çox kontrastlı Rentgen müayinələrində istifadə edilən "Ultravist" kontrast maddəsinin olmadığını, xəstələrin buna görə problem yaşadığını yazıb.
SƏHİYYƏ
Dövlət xəstəxanalarında reaktiv problemi