RUSİYA

Rusiyalıların nə qədəri Putinə güvənir və onun fəaliyyətini bəyənir?

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Rusiyada keçirilən prezident seçkilərindəki nəticəsinin misli görünməmiş olduğunu vurğulayıb.
Sputnik
BAKI, 29 mart — Sputnik. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) sorğusuna əsasən, Rusiya vətəndaşlarının 80,7%-i Rusiya Prezidenti Vladimir Putinə etibar edir.
Müvafiq məlumatlar VTsIOM-un saytında qeyd edilib.
Bundan əlavə, sorğunun nəticələrinə görə, respondentlərin 78,9%-i Putinin fəaliyyətini bəyəndiklərini bildiriblər.
Bu yaxınlarda Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Rusiyada keçirilən prezident seçkilərindəki nəticəsinin misli görünməmiş olduğunu vurğulayıb.
19.01.24, 12:05
Rusiyalıların nə qədəri Putinə güvənir və onun işindən razıdır?
Rusiya Prezidenti Vladimir Putinə rusiyalıların 79%-i etibar edir, 81%-i isə onun fəaliyyətini müsbət qiymətləndirir.
"İctimai Rəy" Fondunun (İRF) keçirdiyi sorğunun nəticələrindən bu qənaətə gəlmək olub.
Araşdırmaya görə, respondentlərin 79%-i Rusiya prezidentinə güvəndiyini, 12%-i isə əks fikirdə olduğunu bildirib. Respondentlərin 81 faizi dövlət başçısının vəzifəsində fəaliyyətini müsbət qiymətləndirib, 9 faizi onun işindən narazıdır.
Qeyd edək ki, "İctimai Rəy" Fondunun sorğusu 12-14 yanvar 2024-cü il tarixlərində Rusiya Federasiyasının 104 yaşayış məntəqəsində və 53 subyektində 1500 respondent arasında keçirilib. Statistik səhv 3,6%-dən çox deyil.
19.01.24, 12:05
Rusiyalıların 78,5 faizi Putinə güvənir, 75,8 faizi onun işini bəyənir
Rusiya Prezidenti Vladimir Putinə rusiyalıların 78,5%-i etibar edir, 75,8%-i onun fəaliyyətini bəyəndiyini bildirib.
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) keçirdiyi sorğunun nəticələri bu qənaətə gəlməyə əsas verib.
Qurumun saytında dərc edilmiş məlumatlara görə, Rusiya prezidentinin fəaliyyətini ümumiyyətlə bəyənir və ya rədd edirsiniz sualına 75,8% müsbət cavab verib, 14,8% isə bəyənməyib.
Bundan əlavə, respondentlərin 78,5%-i Putinə güvəndiyini, 17,3%-i isə ona güvənmədiyini bildirib.
"ÜİRÖM - Sputnik"in təşəbbüsü ilə keçirilən ümumrusiya sorğusu noyabrın 27-dən dekabrın 3-dək 18 yaşdan yuxarı 1600 respondent arasında aparılıb.
Sorğu metodu - stasionar və mobil nömrələrin təbəqələşdirilmiş iki əsaslı təsadüfi seçmə üsulundan istifadə edərək telefon müsahibəsidir. Seçim Rusiya Federasiyası ərazisində cəlb olunan telefon nömrələrinin tam siyahısı əsasında qurulub. Bu təsadüfi (ehtimal olunan) seçimə 95% ehtimalı olan səhvin maksimum ölçüsü yeddi gün ərzində (11200 nəfər) toplanmış məlumatlar üçün 1% -dən çox deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.