RUSİYA

Rusiya səfiri ABŞ prezidentini ədəbsiz adlandırdı

Antonov deyib ki, Baydendən fərqli olaraq, Rusiya Prezidenti Vladimir Putin heç vaxt xarici ölkələrin siyasi rəhbərliyinə qarşı hər hansı alçaldıcı ifadələr işlətməyib.
Sputnik
BAKI, 29 mart — Sputnik. Amerika lideri Co Baydenin Rusiya Federasiyasının rəhbərliyi ilə bağlı açıqlamaları ədəbsizdir.
Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bəyan edib.
"Təəssüf ki, Amerika prezidenti Rusiya rəhbərliyi haqqında belə sərt ifadələrə, sadəcə olaraq, ədəbsiz ifadələrə yol verir" – Antonov bildirib.
Bu barədə "Birinci Kanal"da məlumat verilib.
Antonov vurğulayıb ki, Baydendən fərqli olaraq, Rusiya Prezidenti Vladimir Putin heç vaxt "xarici ölkələrin siyasi rəhbərliyinə qarşı hər hansı alçaldıcı ifadələr işlətməyib".
Bundan əvvəl Baydenin çıxışlarının birində Putini növbəti dəfə təhqir etdiyi bildirilmişdi.