RUSİYA

Putin hansı ölkələrlə münasibətlərin Rusiya üçün prioritet olduğunu açıqlayıb

Rusiya prezidenti qeyd edib ki, ən yaxın tərəfdaşlar, dostlar və qonşularla münasibətlər RF üçün böyük əhəmiyyət kəsb edir.
Sputnik
BAKI, 29 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərini Rusiyanın ən yaxın tərəfdaşları ilə münasibətlərini müzakirə etməyə dəvət edib. O, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan bu məsələ ilə bağlı hesabat təqdim etməyi xahiş edib.
Rusiya Federasiyasının prezidenti qeyd edib ki, ən yaxın tərəfdaşlar, dostlar və qonşularla münasibətlər Rusiya üçün böyük əhəmiyyət kəsb edir.
"Biz həmişə sizinlə danışırıq ki, bizim üçün ən vacib olan ən yaxın tərəfdaşlarımızla, dostlarımızla, qonşularımızla münasibətlərdir" - Rusiya lideri Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə söhbəti zamanı deyib.
Dövlət başçısı qonşu ölkələrlə ticari-iqtisadi və siyasi əlaqələrin davamlı olaraq artdığını qeyd edib, qarşılıqlı maraqlara əsaslanan və bir-birinin ehtiyaclarını nəzərə alaraq əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.
"Rusiya tərəfi ondan çıxış edir ki, bu təmaslar qarşılıqlı maraqlara əsaslanmalıdır" - prezident əlavə edib.
"Mən bu gün bu sahələrdən birini nəzərdən keçirməyi təklif edirəm. Bu, bizim üçün çox vacib görünür, ənənəvidir. Xarici işlər naziri Sergey Viktoroviç Lavrov indi bu barədə məlumat verəcək" - Putin cümə günü Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclasda deyib.
Daha əvvəl Vladimir Putin bildirib ki, məhdudiyyətlər və sanksiyalar Rusiyanın ehtiyac duyduğu yerdə uğur qazanmasına mane olmur.