RUSİYA

Peskov: Şoltsun Ukraynadakı sülh haqqında sözləri Avropanın döyüşkən kursunu dəyişmir

Kremlin nümayəndəsi qeyd edib ki, Berlin artıq yetərincə Ukrayna münaqişəsinə cəlb olunub.
Sputnik
BAKI, 28 mart - Sputnik. Almaniya kansleri Olaf Şoltsun Ukraynada mümkün sülhlə bağlı bəyanatları Avropanın döyüşkən kursunu dəyişmir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Almaniya artıq yetərincə münaqişəyə cəlb olunub.
Kremlin nümayəndəsi vurğulayıb ki, bu bəyanatlar baş verənlərin mahiyyətini və getdikcə münaqişəyə daha çox cəlb olunan Avropanın gedişatını dəyişmir.

“Baş verənlərin mahiyyəti dəyişmir. Almaniya artıq demək olar ki, münaqişəyə cəlb olunub”, – Peskov fikrini yekunlaşdırıb.

Bu yaxınlarda kansler bildirib ki, bəzi ölkələr təhlükəsizlik məsləhətçiləri səviyyəsində Ukrayna ilə bağlı sülh danışıqlarının mümkünlüyünü müzakirə edirlər. Almaniya hökumətinin başçısının fikrincə, sülh hər an mümkündür.
Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, Vaşinqton münaqişənin sona çatmasına kömək edə bilər. Bunun üçün ABŞ Kiyev rejimini silahla doldurmağı dayandırmalıdır və hərbi əməliyyatlar bir neçə həftə ərzində başa çata bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.