BAKI, 28 mart — Sputnik. Ermənistanda "mühacirətdə olan Qarabağ hökuməti" ola bilməz. Bunu Ermənistan hökumətinin iclasında Baş nazir Nikol Paşinyan deyib.
"Dağlıq Qarabağdan məcburi köçkün düşmüş müəyyən dairələr Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan mühacirətdəki hakimiyyətdən danışırlar. Mən açıq şəkildə bildirmək istəyirəm ki, hamı başa düşsün ki, Ermənistanda yalnız bir hökumət var" - Baş nazir bildirib.
Baş nazir qeyd edib ki, üstəlik, bu hamıya aydın olmalıdır və lazım gələrsə, xarici qüvvələrin müəyyən dairələrdən Ermənistanın təhlükəsizliyinə təhdid yaratmasının qarşısını almaq üçün tədbirlər görüləcək.
Qeyd edək ki, separatçı rejimin sonuncu başçısı Samvel Şaharmanyan sürgün hökumətinin mövcudluğu ilə bağlı suala müsbət cavab verib.
"Bəli, sizi qəbul etdiyim binada prezident aparatı, qanunvericilik və hüquq-mühafizə orqanları yerləşir. Parlamentarilər səs vermək üçün bura toplaşa bilərlər" - Şaharmanyan deyib.
O, ötən ilin oktyabrında hökumət üzvlərinin istəsələr öz vəzifələrində qala bilməsi haqqında fərman imzaladığını xatırladıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.