BAKI, 28 mart - Sputnik. İstintaq Crocus City Hall-da terror aktını törədənlərin Ukraynadan xeyli miqdarda pul və kriptovalyuta aldıqları barədə məlumatları təsdiqləyib. Bu barədə Rusiya İstintaq Komitəsi Telegram kanalında məlumat verilib.
“İstintaqın ixtiyarında terror aktının icraçılarının Ukraynadan cinayətin hazırlanmasında istifadə edilən xeyli miqdarda pul və kriptovalyuta alması barədə məlumatlar təsdiqlənib”, - məlumatda bildirilir.
O da qeyd olunub ki, Crocus City Hall-a hücum edən terrorçuları maliyyələşdirmək planında iştirak edən daha bir şübhəli saxlanılıb.
“Terrorçuluğun maliyyələşdirilməsi sxemində iştirak edən daha bir şübhəli müəyyən edilərək saxlanılıb. İstintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verəcək”, - məlumatda qeyd olunur.
Martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib. RİA Novosti xəbər verib ki, bir neçə kamuflyajlı və maskasız şəxs zala soxulub, onlar insanları uzaq məsafədən güllələyiblər və yandırıcı bombalar atıblar.
Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, 143 nəfər həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.