BAKI, 28 mart — Sputnik. Rusiyanın "Telegram"ı bloklamaq planı yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Xeyr, hazırda belə planlar yoxdur" - Peskov "Life"a müsahibəsində müvafiq suala cavab verib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
© Sputnik / Рамиль Ситдиков
/ Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Pavel Durovu "Telegram"a daha yaxından nəzarət etməyə çağırıb, çünki bu gün messencer getdikcə terrorçuların əlində alətə çevrilir.
"Əlbəttə, biz Pavel Durovdan daha çox diqqət gözləyərdik, çünki texnoloji nöqteyi-nəzərdən bu unikal və fenomenal resurs, əslində, bizim nəslin gözü qarşısında böyüyüb. Amma o, yəni "Telegram" getdikcə daha çox terrorçuların əllərində alətə çevrilir və terror məqsədləri üçün istifadə edilir" - Peskov bildirib.
Bundan əvvəl kibertəhlükəsizlik üzrə ekspertlər "Crocus City Hall"da baş verən terror aktından sonra şəbəkədə zərərli fəaliyyətin artdığını qeyd etmişdilər.
Xatırladaq ki, martın 22-də silahlı şəxslər Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalına soxularaq, avtomatlardan tamaşaçılara atəş açıblar. Son məlumatlara görə, 140 nəfər həlak olub, 182 nəfər yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.