Gürcüstan milli futbol komandası Yunanıstan millisi ilə oyunda Avro-2024-ə vəsiqə qazanıb. Millətlər Liqasının pley-off mərhələsinin finalında Avro-2024-ə vəsiqə qazanan oyun sonrası penaltilər seriyasında qalibiyyət gürcüstanlı futbolçulara çatıb (4:2).
Gürcüstan milli komandasının qapıçısı Georgi Mamardaşvili (Valensiya, İspaniya) bir penaltini dəf edib. Həlledici qolu Nika Kvekveskiri ("Lex", Polşa) vurub.
Matç Tbilisidəki Boris Payçadze adına "Dinamo Arena" stadionunda keçirilib. Avropa çempionatına gəlincə, bu il Almaniya ev sahibi olacaq. Beynəlxalq turnir iyunun 14-dən iyulun 14-dək Almaniyanın on şəhərində keçiriləcək.