CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 27 mart – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 27 mart — Sputnik. Martın 27-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 27-də kimlər dünyaya gəlib?
Şirəli Müslümov (1805 - 1973) 168 il yaşamış insan, tarixdə dünyanın ən uzunömürlü sakinlərindən biri və azərbaycanlı çobandır. Onun doğum şəhadətnaməsi olmadığı üçün Qərb tədqiqatçıları onu tarixin ən yaşlı insanı hesab etməkdən imtina ediblər.
Şirəli Müslümov
Mstislav Rostropoviç (1927 - 2007) - Sovet və Rusiya violonçel ifaçısı, pianoçu, dirijor, bəstəkar və SSRİ xalq artistidir. O, Bakıda anadan olub. Onun repertuarına klassik əsərlərlə yanaşı, onun üçün xüsusi olaraq yazılmış 140-dan çox müasir violonçel əsərləri də daxildir. O, SSRİ xalq artisti Qalina Vişnevskaya ilə ailə həyatı qurub.
Mstislav Rostropoviç
Aleksandr Dobrınin (1957) - Sovet və Rusiya müğənnisi, şairi və musiqiçidir. O, "Zodçiye", "Miraj", "Salam, mahnı", "Şən yoldaşlar", "Kinematoqraf" qruplarının üzvüdür.
Nikita Ciqurda (1961) - Sovet və Rusiya teatr və kino aktyoru, kinorejissoru və müğənnidir.
Kventin Tarantino (1963) amerikalı kinorejissor, ssenarist və aktyordur. O, "Kriminal qiraət" filmindən sonra dünya şöhrətini qazanaraq Kann kinofestivalın "Qızıl Palma Budağı", eləcə də "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatlarının sahibi olub.
Kventin Tarantino
Meraya Keri (1969) - amerikalı müğənni, aktrisa və bəstəkardır. O, musiqi tarixində ən çox diskləri satılan müğənnilərdən biridir. Onun diskləri ümumilikdə 200 milyon nüsxədən çox satılıb.
Мерайя
Polina Qaqarina (1987) - rusiyalı müğənni, bəstəkar və aktrisadır. O, 2003-cü ildə Birinci Kanalın efirində yayımlanan "Ulduz Fabriki-2" layihəsinin iştirakçısı və qalibi olub. Müğənni Rusiyanı "Eurovision-2015" musiqi müsabiqəsində təmsil edərək ikinci yeri tutub.
Polina Qaqarina
Martın 27-də dünyada baş verən tarixi hadisələr
1841-ci ildə amerikalı Paul Hoce tərəfindən hazırlanmış ilk buxar yanğınsöndürmə maşını Nyu-Yorkda sınaqdan keçirilib. İxtira 14 fut uzunluğunda, təxminən səkkiz ton ağırlığında olub və onun hərəkət etməsi üçün iki at tələb olunub.
Yanğınsöndürmə maşını
1860-cı ildə Nyu-York sakini M.L. Birn ştoporu patentləşdirib.
1977-ci ildə Kanar adalarında qurbanların sayına görə tarixdə ən böyük hava fəlakəti baş verib. İki "Boeing 747" təyyarəsi toqquşaraq 583 nəfərin həyatına son qoyub.
Boeing 747
Martın 27-si Ümumdünya Teatr Günüdür. Hər il qeyd olunan bu gün bütün teatr işçilərinin beynəlxalq peşə bayramıdır. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis edilib.
Сцена театра, фото из архива
Martın 27-si Azərbaycanda Elm Günüdür. Cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü təsis edilib.