BAKI, 27 mart - Sputnik. Cənubi Qafqazın gələcəyi Fransa üçün yalnız Rusiya ilə hibrid müharibə və Afrika qitəsində uğursuzluqlar fonunda öz nüfuzunu qorumaq üçün bir vasitədir.
“Report”un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
M.Zaxarova qeyd edib ki, Fransanın Qafqazdakı mövcudluğu kəşfiyyat xarakteri daşıyır: “Fransanın Cənubi Qafqaz regionunda olması kəşfiyyat məlumatlarının toplanması, region dövlətlərinin monitorinqini aparmaq və ölkələrimiz arasında əldə olunmuş sülh sazişlərinin icrasına mane olmaq cəhdidir”.
Rusiya XİN nümayəndəsinin sözlərinə görə, Fransanın əsl məqsədi sülh və təhlükəsizlik olsaydı, o zaman rəsmi Paris 2021-ci ildə Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün əlindən gələn hər şeyi edərdi.