DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya BMT Təhlükəsizlik Şurasının Yuqoslaviya ilə bağlı yeni iclasını tələb edir

Fransa NATO ölkəsi kimi hələ də insan haqları pozuntularına müsbət münasibətini nümayiş etdirir.
Sputnik
BAKI, 27 mart — Sputnik. Moskva NATO-nun Yuqoslaviyaya təcavüzünün başlamasının 25-ci ildönümü ilə əlaqədar Təhlükəsizlik Şurasının yeni iclasının çağırılmasını xahiş edib.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
Polyanskinin sözlərinə görə, müvafiq sorğu martın 25-də Yaponiya sədrliyinə göndərilib. Məktub Təhlükəsizlik Şurasının digər üzvləri arasında da paylanıb, lakin Yaponiya tərəfdən hələ ki, rəsmi cavab yoxdur.
Xatırladaq ki, martın 24-də BMT Təhlükəsizlik Şurasında Rusiyanın çağırdığı NATO-nun Yuqoslaviyaya qarşı əməliyyatının 25-ci ildönümünə həsr olunmuş iclas keçirilməli idi. Lakin görüşün ilk dəqiqələrində Fransanın daimi nümayəndəsi Nikolya de Rivyer bəyan edib ki, bu mövzu beynəlxalq sülhün və təhlükəsizliyin qorunması problemlərinə uyğun gəlmir. Onu ABŞ-ın daimi nümayəndəsinin müavini Robert Vud dəstəkləyib, bundan sonra Yaponiya missiyası iclasın gündəliyinin təsdiqini səsverməyə çıxarıb.
Daha əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Paris "diplomatik təcavüz" nümayiş etdirib və BMT Təhlükəsizlik Şurasında Yuqoslaviya mövzusunda keçirilən iclası pozub. Onun sözlərinə görə, Fransa NATO ölkəsi kimi hələ də insan haqları pozuntularına müsbət münasibətini nümayiş etdirir.