BAKI, 27 mart - Sputnik. Martın 27-də saat 06:00-da zəhərlənmə şübhəsi ilə bağlı 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd olunub ki, həmin şəxslərə zəruri ilkin tibbi xidmətlər göstərilib, analiz nümunələri götürülüb. Vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.
***
Lerikə istirahətə gedən Bakı şəhər sakinləri qidadan zəhərləniblər.
APA-nın verdiyi xəbərə görə, Lerikdə istirahət mərkəzlərində olan Bakı şəhər sakinləri - 6-sı azyaşlı olmaqla, ümumilikdə 11 nəfər Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, Bakı şəhər sakinləri olan 3 ailənin üzvləri - 1992-ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə, 1991-ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə, 2018-ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə, 2014-cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə, 1993-cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva, 1990-cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva, 2020-ci il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva, 2016-cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev, 1987-ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev, 2012-ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva, 2018-ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə ilkin tibbi yardım göstərilib.
İlkin ehtimala görə, onlar özləri ilə gətirdiyi ərzaqdan zəhərləniblər.