ELM

Bu il Azərbaycanda iki mindən çox yeraltı təkan baş verib

Təkanlar günü-gündən artır. Lakin ölkədə hazırda seymsik aktivlik fon səviyyəsindədir.
Sputnik
BAKI, 27 mart — Sputnik. 2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanda 2000-dən çox yeraltı təkan qeydə alınıb.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Açıq qapı" günü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, maqnitudası 3 və 3-dən yuxarı olan təkanlar barədə də ictimaiyyətə məlumat verilib.
"Təkanlar günü-gündən artır. Lakin ölkədə hazırda seymsik aktivlik fon səviyyəsindədir. Bunlar xırda təkanlardır. Elə güclü təkanlar yoxdur ki, dağıdıcı zəlzələ ehtimalı da olsun", - Q.Yetirmişli vurğulayıb.