NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik
BAKI, 27 mart - Sputnik. Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,29 dollar və ya 0,33 faiz azalaraq 88,30 dollar olub.
Ümumilikdə götürdükdə dünya birjalarında neft ucuzlaşıb.
Belə ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,8 dollar azalaraq 85,45 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,71 dollar azalaraq 80,91 dollar təşkil edib.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.