DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aleksandar Vuçiç: Serbiyanı qarşıda çətin günlər gözləyir

Bundan öncə NATO-nun Yuqoslaviya hərbi müdaxiləsinin ildönümündə çıxış edən Serbiyanın dövlət başçısı ölkəsinin artıq azad olduğunu və alyansın 1999-cu ildəki hərəkətlərinə baxmayaraq, yaşamağa davam etdiyini vurğulamışdı.
Sputnik
BAKI, 27 mart — Sputnik. "Yaxın gələcəkdə Serbiya həyati əhəmiyyətə malik milli maraqlarını təhdid edən çətin çağırışlarla üzləşəcək".
Serbiya Prezidenti Aleksandar Vuçiç bu barədə özünün sosial media hesabında yazıb.
"Serbiyanı çətin günlər gözləyir. Son 48 saat ərzində hansı xəbərləri aldığımızı söyləmək mənim üçün çətindir... Bunlar Serbiyanın həyati vacib milli maraqlarını birbaşa təhdid edir. Yaxın günlərdə mən serb xalqını qarşıda duran bütün çağırışlarla tanış edəcəyəm. Bu, həmişə olduğu kimi çətin olacaq. Biz mübarizə aparacağıq, Serbiya qalib gələcək", - Vuçiç bildirib.
Xatırladaq ki, bundan öncə NATO-nun Yuqoslaviya hərbi müdaxiləsinin ildönümündə çıxış edən Serbiyanın dövlət başçısı ölkəsinin artıq azad olduğunu və alyansın 1999-cu ildəki hərəkətlərinə baxmayaraq, yaşamağa davam etdiyini vurğulamışdı.