DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şolts Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin istifadəsini qanuni sayır

Daha əvvəl Kremldən bildirilib ki, Rusiyanın dondurulmuş aktivlərinin heç kimə məxsus olmaması fikri absurddur, çünki onların konkret sahibləri var.
Sputnik
BAKI, 24 mart - Sputnik. Almaniya kansleri Olaf Şolts Rusiyanın Avropada dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya hərbi yardım üçün istifadəsini qanuni adlandırıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməsi beynəlxalq hüquq normalarına uyğundur. Almaniya kansleri həmçinin ümid etdiyini bildirib ki, Rusiya aktivlərindən əldə olunan gəlir tezliklə istifadə olunmağa başlayacaq.
Daha əvvəl Kremldən bildirilib ki, Rusiyanın dondurulmuş aktivlərinin heç kimə məxsus olmaması fikri absurddur, çünki onların konkret sahibləri var.
Avropa Komissiyasının nümayəndələri bildiriblər ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya ödənişlər 2024-cü ilin iyulunda başlaya bilər. Öz növbəsində, Avropa diplomatik missiyasının rəhbəri Xosep Borrell Kiyevə vəsaitin köçürülməsinin ildə iki dəfə həyata keçiriləcəyini əsaslandırıb. Ukraynaya yardım fondu və Aİ büdcəsi vasitəsilə silahların alınmasına ildə təxminən 2,5-3 milyard avro ayrılacaq.