BAKI, 26 mart - Sputnik. “Radikal islamçılar yardım olmadan, təkcə “Crocus City Hall”da terror aktı törədə bilməzdilər”.
Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, Milli Antiterror Komitəsinin sədri Aleksandr Bortnikov bildirib.
“Burada siyasi fon var və tək islamçılar belə bir aksiyanı hazırlaya bilməzdilər. Təbii ki, onlara köməklik edilib” - Aleksandr Bortnikov deyib.
O qeyd edib ki, “Crocus”da terror aktı ilə bağlı ilkin məlumatlar Ukrayna izini təsdiqləyir.
***
Federal təhlükəsizlik xidmətinin rəisi Aleksandr Bortnikov bildirib ki, Ukrayna xüsusi xidmət orqanları terror aktının törədilməsinə dəstək verib, lakin onu hazırlayan radikal islamçılardır.
O, qeyd edib ki, saxlanılan 11 nəfərlə lazımi iş aparılır və hadisəyə aidiyyatı olanların dairəsi daha da genişlənəcək.
O, qeyd edib ki, saxlanılan 11 nəfərlə lazımi iş aparılır və hadisəyə aidiyyatı olanların dairəsi daha da genişlənəcək.
Bortnikov deyib ki, "Crocus"da terror aktının sifarişçisi hələlik müəyyən edilməyib
İndiyədək məhkəmə qərarı ilə terror aktı işi üzrə 8 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Onlardan dördü dəstə halında terror aktı törətməkdə ittiham olunur.
İndiyədək məhkəmə qərarı ilə terror aktı işi üzrə 8 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Onlardan dördü dəstə halında terror aktı törətməkdə ittiham olunur.
22 mart 2024-cü ildə Moskva yaxınlığındakı Crocus City Hall-da terror aktı törədilib. Bir neçə nəfər terrorçu dinc sakinlərə atəş açıb və cinayətkarların hərəkətləri nəticəsində konsert zalının binasında genişmiqyaslı yanğın baş verib.
Terror aktı nəticəsində 139 nəfər ölüb, 182 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı ilə bağlı 11 nəfərin, o cümlədən terrorda birbaşa iştirakda şübhəli bilinən 4 nəfərin saxlanıldığını açıqlayıb. Saxlanılma Bryansk vilayətində baş verib.