RUSİYA

Qolikova sümük iliyi donorlarının reyestrinə düşənlərin sayını açıqladı

Baş nazirin müavini əlavə edib ki, reyestr həkimlərə donorları operativ şəkildə seçməyə və leykozlu xəstələrə müvafiq müalicə aparmağa imkan verir.
Sputnik
BAKI, 26 mart — Sputnik. Rusiyada 320 mindən çox sümük iliyi və hematopoetik kök hüceyrə donoru haqqında məlumatlar Federal Tibbi Bioloji Mərkəzin sümük iliyi donorlarının reyestrinə daxil edilib və donor olmaq istəyən daha 100 min nəfər ərizələrini agentliyə göndərib. Bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova bildirib.
"Rusiya FTBM təkcə ehtiyacı olan xəstələrin deyil, həm də donorların reyestrini aparır. Reyestrə artıq 320 mindən çox sümük iliyi və hematopoetik kök hüceyrə donoru haqqında məlumatlar daxildir. Bu günə qədər, donor olmaq istəyən 100 mindən çox insan Rusiya FTBM-ə müraciət edib".
Baş nazirin müavini əlavə edib ki, reyestr həkimlərə donorları operativ şəkildə seçməyə və leykozlu xəstələrə müvafiq müalicə aparmağa imkan verir. Nazirlər Kabinetinin sümük iliyi donorluğunun inkişafı üçün əlavə 400 milyon rubl ayrılması barədə qərarı müayinə və reyestrə daxil edilməsi üçün donorların tipləşdirilməsi və transplantasiyaya ehtiyacı olanlara daha yaxından köməklik göstərilməsinə imkan verir.