BAKI, 24 mart — Sputnik. Ukraynadakı münaqişə müharibə edən tərəflər arasında danışıqlar yolu ilə həll edilməlidir.
Bu sözləri Avropa Solçular Partiyasının lideri Valter Bayer "France Press" və bir sıra digər Avropa xəbər agentliklərinə müsahibəsində deyib.
Siyasətçi bildirib ki, Ukraynanın köməyə ehtiyacı var. Lakin bu yardım silahlı münaqişənin dayandırılmasına yardımdan ibarət olmalıdır.
"Mən istərdim ki, Avropa İttifaqı... atəşkəsə nail olmaq üçün danışıqlara başlamaqdan ötrü diplomatik səylər göstərsin" - Bayer deyib.
O, Roma Papası Fransiskin sözlərini dəstəkləyib. Pontifik qeyd edib ki, Ukrayna böhranında uduzan tərəf danışıqlara razılıq verərək bunu etiraf etmək üçün özündə cəsarət tapmalıdır.