CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 25 mart – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 25 mart — Sputnik. Martın 25-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 25-də kimlər dünyaya gəlib?
Arturo Toscanini (1867-1957) - italyan dirijorudur. O, Milanda Rucero Leonkavallonun "Payatsev" əsərinin dünya premyerasına (1892) dirijorluq edib, 1898-ci ildə isə İtaliyada ilk dəfə Pyotr Çaykovskinin altıncı simfoniyasını ifa edib.
İqor Qrabar (1871-1960) - rusiyalı rəssam və sənətşünasdır. O, 1913-1925-ci illərdə Tretyakov Qalereyasının direktoru olub.
İqor Qrabar
Mariya Paxomenko (1937-2013) - Sovet və Rusiya estrada müğənnisi, RF xalq artistidir. Fransız prodüseri Bruno Kokatriks müğənnin mini-diskini buraxdıqdan sonra o, SSRİ-nin və Avropanın bütün aparıcı səhnələrində, o cümlədən əfsanəvi Parisin "Olimpiya zalında" ifa edib.
Mariya Paxomenko
Sara Cessika Parker (1965) amerikalı aktrisa və prodüserdir. O, "Böyük şəhərdə seks" (1998-2004) televiziya serialında Kerri Bredşou rolu ilə tanınır və bu rola görə dörd dəfə "Qızıl Qlobus" və iki dəfə "Emmi" mükafatı alıb.
Sara Cessika Parker
Olqa Lerman (1988) - Rusiya teatr və kino aktrisasıdır. O, Bakıda anadan olub. Olqa Azərbaycanın xalq artisti Fuad Osmanovun qızıdır. O, 2011-ci ildən Moskva Vaxtanqov adına Teatrında çalışır. Aktrisa "Sağ qalanlar", "Hər şey yaxşıdır" və s. filmlərdə rol alıb.
Olqa Lerman
Martın 25-də dünyada baş verən tarixi hadisələr
1821-ci ildə Yunanıstan Osmanlı İmperiyasından ayrılaraq müstəqilliyini elan edib.
Yunanıstan
1857-ci ildə fransız naşir Leon Skott səs vibrasiyasını yazan ilk cihaz - fonoavtoqrafı patentləşdirib.
1988-ci ildə avstraliyalı Nevil Patten dünyanın ən kiçik velosipedini istehsal edib. Bu velosipedin təkərlərinin diametri iki santimetrdən az olub.
velosiped
2002-ci ildə amerikalı həkim Qay Rouli və Makgilla Universiteti Tibb Mərkəzindəki həmkarları epilepsiyaya səbəb olan gen aşkar ediblər.
Gen
2018-ci ildə Rusiyanın Kemerovo şəhərindəki "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 37-si uşaq olmaqla 60 nəfər həlak olub.
Martın 25-də həbs edilmiş və itkin düşmüş şəxsi heyətlə Beynəlxalq Həmrəylik Günüdür. Bu tarix 1985-ci ildə qaçırılan BMT-nin əməkdaşı, jurnalist Alek Kollettin xatirəsinə həsr olunub.