DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan hakimiyyəti LGBT təbliğatını qadağan edən qanun qəbul etmək istəyir

Yeni qanun eynicinsli cütlük və ya qeyri-heteroseksual şəxs tərəfindən eynicinsli intim münasibətləri təbliğ edə biləcək bütün tədbir və kampaniyaların qadağan olunmasını nəzərdə tutacaq.
Sputnik
BAKI, 25 mart - Sputnik. Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası konstitusiyaya LGBT* təbliğatına qadağa, eynicinsli nikah və cinsiyyətin dəyişdirilməsini nəzərdə tutan düzəlişlər etməyə təşəbbüs göstərməyi planlaşdırır. Bu barədə jurnalistlərə partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.

“Bir tərəfdən, bizim vəzifəmiz hansı qeyri-ənənəvi və ya başqa həyat tərzinə riayət etməsindən asılı olmayaraq, istənilən şəxsin bütün konstitusion hüquq və azadlıqlarını qorumaqdır. Digər tərəfdən, biz ailə dəyərlərini və gələcək nəsillərimizi psevdoliberal təbliğatın gözlənilən düzəlməz nəticələrindən qorumalıyıq", - deyə partiya rəsmisi bildirib.

Onun sözlərinə görə, partiya ailə dəyərlərinin təminatlarını və yetkinlik yaşına çatmayanların müdafiəsini aydın şəkildə ifadə edən konstitusiya dəyişikliklərinə təşəbbüs etmək qərarına gəlib, bundan sonra yaxın gələcəkdə qanunlarda daha konkret dəyişikliklərə başlayacaq.
İcraçı katib bildirib ki, yeni dəyişikliklərə əsasən, LGBT* yürüşləri və çıxışları təbliğata xidmət edərsə, qadağan olunacaq.
LGBT fəallarının eynicinsli nikahların qanuniləşdirilməsi tələbi, arxiv
Mdinaradze izah edib ki, yeni qanun eynicinsli cütlük və ya qeyri-heteroseksual şəxs tərəfindən eynicinsli intim münasibətləri, qohumluq əlaqəsini, yetkinlik yaşına çatmayanı övladlığa götürmək və ya qəyyumluq etmək məqsədi daşıyan bütün tədbir və kampaniyaların qadağan olunmasını nəzərdə tutacaq. Cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi müdaxilələr də qadağan ediləcək.
Konstitusiyaya dəyişikliklərin qəbulu üçün parlament üzvlərinin 100 səsi tələb olunur, parlament çoxluğu 84 yerə malikdir.
*LGBT hərəkatı Rusiyada ekstremist kimi tanınır və qadağandır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.