AZƏRBAYCAN XƏBƏRLƏRİ

Erməni “Telegram” kanallarında yayılan məlumatlar yalandır - Müdafiə Sənayesi Nazirliyi

Müdafiə Sənayesi Nazirliyi kütləvi informasiya vasitələrinin sorğusuna cavab verib.
Sputnik
BAKI, 25 mart - Sputnik. Erməni “Telegram” kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur. Bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirib.
Qeyd olunub ki, bu kimi məlumatlar tamamilə feyk və dezinformasiya xarakteri daşıyır:

“Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir".

Nazirlik bir daha bildirib ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.