RUSİYA

Rusiyada LGBT klubunun fəaliyyətinə qarşı ilk cinayət işi açıldı

2023-cü ilin noyabrında Ali Məhkəmə Rusiya Ədliyyə Nazirliyinin iddiası əsasında beynəlxalq LGBT ictimai hərəkatını ekstremist təşkilat kimi tanıyıb və onun Rusiyada fəaliyyətini qadağan edib.
Sputnik
BAKI, 24 mart — Sputnik. Orenburqda "Pose" LGBT klubunun fəaliyyətinə qarşı cinayət işi açılıb. Bu barədə Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina Telegram kanalında məlumat verib.
KİV-in məlumatına görə, martın əvvəlində LGBT təbliğatı mövzusunda əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
"Orenburqda "Poza" LGBT klubunun fəaliyyəti ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.2-ci maddəsinin 1-ci hissəsi və 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayətlər əsasında cinayət işi açılıb.Daha əvvəl yerli fəallar kluba diqqət çəkiblər" - Mizulina yazıb və əlavə edib ki, bu, Ali Məhkəmənin LGBT-ni ekstremist hərəkat kimi tanıması qərarından sonra Rusiyada ilk belə cinayət işidir.
2023-cü ilin noyabrında Ali Məhkəmə Rusiya Ədliyyə Nazirliyinin iddiası əsasında beynəlxalq LGBT ictimai hərəkatını ekstremist təşkilat kimi tanıyıb və onun Rusiyada fəaliyyətini qadağan edib.