DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaddaşı yaxşılaşdıran və diabet riskini azaldan bitki birləşmələri hansılardır

"Biomolecules" jurnalı yazır ki, polifenollar bu kimi xəstəliklərə müsbət təsir göstərir.
Sputnik
BAKI, 19 mart — Sputnik. Yaponiyanın Sibaura Texnologiya İnstitutu və İtaliyanın Kataniya Universitetinin alimləri müəyyən ediblər ki, meyvə, giləmeyvə, tərəvəz, qəhvə və çayda olan acı və ağız büzücü polifenollar yaddaşda və qan şəkərində nəzarəti yaxşılaşdıra bilir.
Alimlərin işi polifenol istehlakının insan sağlamlığına faydaları ilə bağlı mövcud tədqiqatların elmi icmalıdır. Polifenollar antioksidan xüsusiyyətləri ilə tanınan güclü bitki birləşmələridir. Onlar orqanizmdə zamanla yığılan xüsusi oksigen formaları ilə hüceyrələri zədələnmədən qoruya bilirlər.
Elmi araşdırma müəyyən edib ki, yaşıl çayın tərkibində olan acı polifenolların (kastalagin, grandinin və veskalagin) istehlakı qanda qlükoza səviyyəsini tənzimləmək üçün lazım olan mədə-bağırsaq sistemində hormonların sintezini stimullaşdırır.
Həmçinin, ağız büzücü polifenolların (flavanollar) hipotalamo – hipofizar – böyrəküstü vəz sistemini aktivləşdirilməsini tənzimlədiyi də aşkar edilib. Bu, orqanizmin homeostazını qoruyub saxlamaq, ətraf mühit amillərinə uyğunlaşmaq və stres altında sağ qalmaq üçün məsuliyyət daşıyan əsas neyroendokrin sistemdir. Bu emosiyaların və yaddaşın tənzimlənməsinə də böyük təsir göstərir. Qeyd olunur ki, ağız büzücü polifenollar kakao paxlalarında bol olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.