"Crocus City"də terror aktı

Qərb Crocus-dakı terror aktı ilə bağlı ritorikasını dəyişməyə məcbur oldu - XİN

Federal Təhlükəsizlik Xidməti (FTX) terror aktında bilavasitə əli olan dörd terrorçu da daxil olmaqla 11 nəfərin saxlanılması barədə məlumat verib.
Sputnik
BAKI, 23 mart - Sputnik. Qlobal əksəriyyət Qərbi Crocus City Hall-dakı terror aktını açıq şəkildə pisləməyə məcbur etdi. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva Qərb ölkələrinin bu məsələdə ritorikasını sərtləşdirmək niyyəti barədə siqnallar almağa başlayıb.
“Rossiya 24” kanalının efirində Zaxarova bildirib ki, Qərb əvvəlcə terror aktını pisləmək deyil, təəssüf və rəğbətlə bağlı ümumi ifadələrlə məhdudlaşmaq niyyətində olub.

“Qlobal əksəriyyət onları sözün əsl mənasında ritorikasını dəyişməyə məcbur etdi və hətta ötən gecə və gecə ərzində onlar tələsik press-relizlərini yenidən yazırdılar. Bu gün səhər biz hətta Qərb ölkələrindən əlavə siqnallar almağa başladıq ki, onlar mütləq öz ritorikasını artıracaqlar”, - Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

"Crocus City Hall" konsert zalında terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb. Bu barədə RİA Novosti Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putin Crocus City Hall-da baş vermiş terror aktı nəticəsində həlak olanlar üçün martın 24-nü Rusiyada milli matəm günü elan edib.
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti (FTX) terror aktında bilavasitə əli olan dörd terrorçu da daxil olmaqla 11 nəfərin saxlanılması barədə məlumat verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.