VİDEO

Paytaxt sakinləri "Crocus"da törədilən terror qurbanlarını anırlar - Video

Cümə günü axşam Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib. Son məlumatlara görə, ən azı 93 nəfər ölüb.
Sputnik
BAKI, 23 mart - Sputnik. Bakı sakinləri Rusiyanın Azərbaycandakı səfirliyi qarşısına Crocus City Hall-da törədilən terror aktı qurbanlarının xatirəsini yad etmək üçün gül və oyuncaqlar gətirməkdə davam edirlər.
23.03.24, 13:14
Rusiyanın Azərbaycandakı səfirliyinin önünə insanlar gül dəstələri gətirməkdə davam edirlər.
23.03.24, 12:00
"Martın 22-də Moskvadakı Crocus City Hall konsert zalında baş verən dəhşətli faciə bizi sarsıtdı. Həlak olanların və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk". Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin sosial şəbəkə paylaşımında deyilir.

"Onların qəminə şərikik. Rusiyaya dəstək əlaməti və qanlı terror aktı qurbanlarının xatirəsinə Azərbaycan sakinləri Rusiyanın Bakıdakı səfirliyinin binasına gül dəstələri gətirirlər. Biganə qalmayan və bu ağrını bizimlə bölüşən hər kəsə ürəkdən təşəkkür edirik", - deyə paylaşımda deyilir.

Xatırladaq ki, Rusya FTX cümə günü axşam saatlarında bildirib ki, Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib
Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər ölüb, lakin idarə bu rəqəmin hələ də arta biləcəyini qeyd edib.
Səhiyyə naziri Mixail Muraşko 115 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan beşinin uşaq, 60 böyük və bir uşağın vəziyyətinin ağır olduğunu bildirib. Terror aktı ilə bağlı cinayət işi açılıb.
23.03.24, 11:36
Rusiyanın Bakıdakı səfirliyi qarşısına insanlar gül dəstələri gətirirlər. Paytaxt sakinləri bu şəkildə Moskva vilayətinin Krasnoqorsk şəhərindəki Crocus City Hall-da baş vermiş terror qurbanlarının xatirəsini yad edirlər.
Səfirlikdə onlayn xatirə kitabı açılıb.
Azərbaycandakı Rusiya Səfirliyinin mətbuat xidmətinin rəhbəri Yelizaveta Qilyarevskaya baş vermiş hadisədən bütün Rusiyanın sarsıldığını bildirib. O, Bakı sakinlərinin faciə ilə bağlı səfirliyin qarşısına gül dəstələri gətirdiyini qeyd edib:
Rusiya Səfirliyinin mətbuat xidmətinin rəhbəri Yelizaveta Yelizaveta Qilyarevskaya

"Biz hadisəyə laqeyd qalmayan və bizimlə bu ağrını səmimi bölüşən hər kəsə təşəkkür edirik".

Səfirlik rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin Baş naziri Əli Əsədovun və Xarici İşlər Nazirliyinin də Rusiyaya başsağlığı verdiyini xatırlayaraq rəsmi Bakıya təşəkür edib.
Xatırladaq ki, FTX cümə günü axşam saatlarında bildirib ki, atışma və yanğın Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da konsertdən əvvəl baş verib
Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər ölüb, lakin idarə bu rəqəmin hələ də arta biləcəyini qeyd edib.
Səhiyyə naziri Mixail Muraşko 115 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan beşinin uşaq, 60 böyük və bir uşağın vəziyyətinin ağır olduğunu bildirib. Terror aktı ilə bağlı cinayət işi açılıb.