BAKI, 23 mart - Sputnik. Türkiyənin Xarici işlər naziri Hakan Fidan "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı rusiyalı həmkarına zəng edib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Hakan Fidan Rusiya XİN başçısı Sergey Lavrovla telefon danışığında Moskvada baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.
Türkiyənin XİN başçısı rusiyalı diplomatla söhbətində baş vermiş terror hücumunu qətiyyətlə pisləyib.
22.03.24, 23:30
Dünyanın hər yerindən "Crocus City Hall"dakı terror aktını pisləyən bəyanatlar yayılır
İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, İtaliya hökuməti istənilən terror aktını pisləyir və “Krokus”da həlak olanların ailələrinə dəstəyini ifadə edir.
Kuba da terroru pislədi
Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla Moskva yaxınlığındakı Crocus City Hallda törədilən terror aktını pisləyib və başsağlığı verib.
"Moskva vilayətində Crocus City Hall konsert zalında törədilmiş və çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror aktını pisləyirik. Rusiya xalqına və hökumətinə, xüsusən də qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk"– dövlət başçısının Kuba Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yayılan bəyanatında deyilir.
Turkiyə terroru "bütün dünyanın problemi" adlandırıb
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "Crocus City Hall"da baş verən terror aktından sonra Rusiyaya başsağlığı verib. O, rəsmilərin təfərrüatlarını və açıqlamalarını izləməyə çağırıb. Siyasətçi qeyd edib ki, terror “bütün dünyanın problemidir”.
"Rusiya xalqına başsağlığı verirəm. İndi təfərrüatları, rəsmilərin açıqlamalarını izləmək lazımdır. Biz sadəcə terrordan danışırdıq, bu, bütün dünyanın problemidir" - vitse-prezident CNN Türk-ün canlı efirində deyib.
Pakistan XİN-dən bəyanat
Pakistan Xarici İşlər Nazirliyi Crocus City Hall-da törədilən “dəhşətli hücumu” pisləyib və Rusiyaya başsağlığı verib.
"Konsert zalında törədilən iyrənc hücumu qətiyyətlə pisləyirik... Qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu ağır saatlarda biz Rusiya Federasiyasının xalqı və hökuməti ilə həmrəyik" - Pakistan XİN-in "X"sosial şəbəkə hesabında yaydığı bəyanatında deyilir.
Qaqauzların lideri hadisəni pislədi
Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Moskva yaxınlığındakı “Krokus Siti Holl”da törədilən terror aktını pisləyib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
"Bu faciəli anlarda biz həlak olanlara dərin hüznlə yas tuturuq və terror aktından zərər çəkənlərin hamısına başsağlığı veririk. Terrorizmə haqq qazandırmaq olmaz və ola bilməz. Biz bu qeyri-insani və mənasız zorakılıq aktını qətiyyətlə pisləyirik. Fikirlərimiz onların ailələrinə və dostlarınadır. Biz dua edirik ki, Rəbb onlara bu dəhşətli sınağa tab gətirmək üçün güc və səbr versin” – Qutsulun mesajında deyilir.
Lukaşenko Putinə başsağlığı verib
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə Crocus City Hall-da baş vermiş fövqəladə vəziyyətlə əlaqədar başsağlığı verib. Məlumatı Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Belarus Xarici İşlər Nazirliyi Crocus City Hall-a hücumu bəraət qazana bilməyən dəhşətli terror aktı adlandırıb.
"Biz Moskvada baş verənləri dərin ağrı ilə izləyirik. Bu dəhşətli terror aktına haqq qazandırmaq olmaz" - Belarus XİN-in yaydığı bəyanatda deyilir.
"Biz bu çətin anlarda qardaş rus xalqının yanındayıq. Xilasetmə əməliyyatına uğurlar arzulayırıq. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik" - bəyanatda deyilir.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti cümə günü axşam saatlarında atışma və yanğının Moskvanın şimal-qərb sərhədində, Krasnoqorsk vilayətində, Crocus City Hall binasında musiqi qrupunun konsertindən əvvəl baş verdiyini bildirib.
FTX-nın yaydığı ilkin məlumata görə, terror aktı nəticəsində 40-dan çox dinc insan ölüb, 100-dən çox adam yaralanıb.
Xüsusi hüquq-mühafizə orqanları bütün lazımi tədbirləri görür. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıldığını bildirib.