BAKI, 23 mart - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov 22 mart tarixində Moskva şəhərində yerləşən Crocus City Hall mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli terror aktı ilə əlaqədar dərin kədər hissi keçirdiyini bildirib.
Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib və yaralananlara tezliklə şəfa diləyib.
Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikasının terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyi vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.