BAKI, 23 mart - Sputnik. Rusiyanın Bakıdakı səfirliyi qarşısına insanlar gül dəstələri gətirirlər. Paytaxt sakinləri bu şəkildə Moskva vilayətinin Krasnoqorsk şəhərindəki Crocus City Hall-da baş vermiş terror qurbanlarının xatirəsini yad edirlər.
Səfirlikdə onlayn xatirə kitabı açılıb.
Azərbaycandakı Rusiya Səfirliyinin mətbuat xidmətinin rəhbəri Yelizaveta Qilyarevskaya baş vermiş hadisədən bütün Rusiyanın sarsıldığını bildirib. O, Bakı sakinlərinin faciə ilə bağlı səfirliyin qarşısına gül dəstələri gətirdiyini qeyd edib.
Xatırladaq ki, FTX cümə günü axşam saatlarında bildirib ki, atışma və yanğın Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da konsertdən əvvəl baş verib
Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, 115 nəfər ölüb.
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti (FTX) terror aktında bilavasitə əli olan dörd terrorçu da daxil olmaqla 11 nəfərin saxlanılması barədə məlumat verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.