BAKI, 22 mart - Sputnik. Morgan Stanley analitikləri 2024-cü ilin üçüncü rübündə Brent markalı neftin qiymətləri ilə bağlı proqnozlarını kəskin şəkildə artırıblar.
Bazarda tələb-təklif balansının kəsiri fonunda qiymət proqnozu dərhal 10 dollar artırılaraq bir barel üçün 90 dollara çatdırılıb.
Eyni zamanda, Morgan Stanley-in birinci və ikinci rüblər üzrə gözləntiləri də artırılıb - müvafiq olaraq bir barel üçün 82,5-dən 85 dollara və 82,5-dən 87,5 dollara. Dördüncü rübdə bankın analitikləri qiymətin bir barel üçün 85 dollar (əvvəllər 80 dollar) olacağını gözləyirlər.