BAKI, 22 mart — Sputnik. Amerikalı milyarder İlon Mask depressiyanın öhdəsindən gəlmək üçün dərman qəbul etməli olur.
"CNN" bu barədə biznesmenə istinadən xəbər verib.
"Beynimdə depressiya kimi bir növ mənfi kimyəvi vəziyyətin olduğu vaxtlar olur" - Mask müsahibəsində etiraf edib.
İş adamının sözlərinə görə, həkim ona "mənfi münasibətdən qurtulmağa" imkan verən dərman yazıb.
Mask qeyd edib ki, o, dərmanlardan sui-istifadə etmir, ayda iki dəfədən çox olmayaraq qəbul edir. Milyarder bunun heç bir şəkildə biznesinə təsir etmədiyini vurğulayıb.
Daha əvvəl Mask ABŞ-da dövlət başçısı üçün əqli qabiliyyət testinin tətbiqinə çağırıb.