DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Macarıstan Qərbi Ukraynadakı uğursuzluğu etiraf etməyə çağırıb

Siyarto hesab edir ki, Avropadakı vəziyyət kritikdir və "dünya müharibəsi təhlükəsi getdikcə kəskinləşir".
Sputnik
BAKI, 22 mart — Sputnik. Qərb ölkələri Ukraynadakı münaqişədə strategiyalarının uğursuzluğunu etiraf etməlidirlər.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto öz sosial şəbəkədəki səhifəsində yazıb.
Nazir hesab edir ki, Avropadakı vəziyyət kritikdir və "dünya müharibəsi təhlükəsi getdikcə kəskinləşir".
"Qərbi Avropa liderləri etiraf etməlidirlər ki, onların Ukraynada müharibə strategiyası iflasa uğrayıb və onlar öz səylərinin yarısını silahların tədarükünə deyil, sülhün bərqərar olmasına sərf etsəydilər, atəşkəsə çoxdan nail olardılar", - Macarıstan xarici işlər naziri qeyd edib.