SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

"2024-cü ilin bizlər üçün yeni fürsətlərin və uğurların yaşanacağı bir il olmasına ümid edirəm", - Türkiyə lideri deyib.
Sputnik
BAKI, 22 mart - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Əsrlərə söykənən qədim ənənə olan Novruz bizlərə ümid və bərəkət dolu günləri müjdələyir. Ortaq mədəniyyətimizin mühüm hissəsi olan bu əlamətdar gündə dostluq və qardaşlıq əlaqələrimizin daha da güclənəcəyinə əminəm.
2024-cü ilin bizlər üçün yeni fürsətlərin və uğurların yaşanacağı bir il olmasına ümid edirəm. Ölkələrimiz arasındakı əlaqələrin güclənərək inkişaf etməsi və ortaq hədəflərimizə birlikdə nail olunması yolunda daha sıx əməkdaşlıq etmək arzusu ilə Zati-alinizə, dost və qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm"
28.06.23
İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar.
Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iyunun 28-i və 29-u müsəlman dünyasında Qurban bayramı qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.