BAKI, 22 mart — Sputnik. Hindistanın Yeni Dehlinin də daxil olduğu Dehli metropoliten ərazisi dünyanın ən çirkli havası olan paytaxt, Hindistanın Bequsaray şəhəri isə ən çirklənmiş aqlomerasiya (şəhərətrafı şəhər) adlandırılıb.
"Press Trust of India" xəbər agentliyinin verdiyi məlumata görə, İsveçrənin "IQAir" təşkilatının tədqiqatçıları son bir ildə dünyada havanın keyfiyyətini təhlil etdikdən sonra bu nəticələrə gəliblər.
"PM2.5 [tənəffüs sisteminə dərindən nüfuz edə və sağlamlıq problemlərinə səbəb ola bilən incə hissəciklər] səviyyələri Dehlidə 2022-ci ildə hər kubmetr üçün 89,1 mikroqramdan 2023-cü ildə 92,7 mikroqrama qədər pisləşib" - IQAir qeyd edib.
Bu hissəciklərin təhlükəsiz səviyyəsi hər kubmetr üçün 60 mikroqramdır.
Bequsaraya gəlincə, burada hər kubmetrdə 118,9 mikroqram PM2.5 konsentrasiyası qeydə alınıb. Üstəlik, metropolitendəki hava vəziyyəti son vaxtlar pisləşib, halbuki, 2022-ci il reytinqində onun adı belə qeyd olunmayıb.
Tədqiqatçılar vurğulayıblar ki, Hindistanın paytaxtı artıq 2018-ci ildən bəri dörd dəfə dünyanın ən çirkli şəhəri kimi tanınıb. Bu, ilk dəfə deyil ki, bütün ölkə ən çox çirklənmiş ölkələr sırasındadır. O, hazırda kubmetrdə 54,4 mikroqram PM2.5 səviyyəsi ilə üçüncü yerdədir, halbuki bir il əvvəl səkkizinci idi (reytinqdə cəmi 134 dövlət var; anti-lider hər kubmetrə 79,9 mikroqramla Banqladeşdir, üçüncü yerdə isə hər kubmetrə 73,7 mikroqramla Pakistandır).
Daha əvvəl "aif.ru" saytının ekspertləri ətraf mühit üçün təhlükə yaradan insanların vərdişlərini sadalayıblar. Məsələn, akkumulyatorların, lampaların və köhnə dərmanların düzgün atılmaması havanı çirkləndirən səbəblərdəndir.