DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin və Rusiya ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə veto qoyub

Rusiya və Çindən başqa, Əlcəzair sənədə qarşı çıxıb, Qayana bitərəf qalıb.
Sputnik
BAKI, 22 mart - Sputnik. Çin və Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək ABŞ-nin irəli sürdüyü “dərhal və davamlı atəşkəsə təcili ehtiyacı müəyyən edən”, lakin bunu tələb və ya çağırış etməyən Yaxın Şərq üzrə qətnamə layihəsini bloklayıb.
“Report”un verdiyi xəbərə görə, Rusiya və Çindən başqa, Əlcəzair sənədə qarşı çıxıb, Qayana bitərəf qalıb.
Böyük Britaniya, Malta, Mozambik, Koreya Respublikası, Sloveniya, ABŞ, Syerra-Leone, Fransa, İsveçrə, Ekvador və Yaponiya qətnamə layihəsinin lehinə olublar.