Rusiyada prezident seçkiləri

Rusiya MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib

Rusiyada prezident seçkilərində səsvermə martın 15-də başlayıb və martın 17-dək davam edib.
Sputnik
BAKI, 21 mart - Sputnik. Rusiya Mərkəzi Seçki Komissiyası Rusiya Federasiyasında ötən prezident seçkilərinin nəticələrini təsdiq edib.
MSK Vladimir Putinin beşinci dəfə dövlət başçısı seçildiyini açıqlayıb.
Putin Rusiya Federasiyasında keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı xalqa müraciət edib.
18.03.24
Rusiyada seçki bülletenlərinin 99,1%-i hesablanıb, hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində liderdir.
Məlumat Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında dərc olunub.
Prezident seçkilərində səsvermənin nəticələrinə əsasən bülletenlərin 99,1%-nin hesablanmasından sonra Vladimir Putin (namizədliyi özü tərəfindənə irəli sürülüb) 87,33%, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,31%, Vladislav Davankov ("Yeni İnsanlar") 3,79%, Leonid Slutski (RLDP) - 3,19% səs toplayıb.
05:38
Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində bülletenlərin 95,8 %-nin hesablanmasının nəticələrinə əsasən səslərin 87,32 % ilə liderdir.
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc olunan xəbərdə deyilir.
Siyahıda ikinci yerdə 4,28 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 3,85 faiz səslə “Yeni insanlar” Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yeri 3,15 % səslə RLDP-nin namizədi Leonid Slutski tutub.
04:00
Rusiya prezidentliyinə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin 2024-cü ildə keçirilən prezident seçkilərində protokolların 90 %-nin hesablanmasının nəticələrinə görə 87,21 % səslə liderdir.
Rusiya Mərkəzi Seçki Komissiyasının rəsmi saytında dərc olunan məlumata görə, siyahıda ikinci yerdə 4,28 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 3,93 faiz səslə “Yeni insanlar” Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yerdə 3,16 % səslə RLDP-nin namizədi Leonid Slutski qərarlaşıb.
01:36
Rusiya prezidentliyinə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində protokolların 70,03 faizinin hesablanmasının nəticələrinə əsasən səslərin 87,17 faizini toplayaraq liderdir.
Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
Siyahıda ikinci yerdə 4,19 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 4,08 faiz səslə “Yeni insanlar” Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yerdə 3,15% səslə RLDP-nin namizədi Leonid Slutski qərarlaşıb.
Beləliklə, ikinci turun keçirilməsi ehtimalı istisna edilir. Birinci turda seçkidə qalib gəlmək üçün namizəd səsvermədə iştirak edən seçicilərin yarıdan çoxunun səsini almalıdır. Namizədlərdən heç biri bu qədər səs toplaya bilməsə, 21 gündən sonra seçkilərin ikinci turu keçirilir.
17.03.24, 23.58
Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin protokolların 40 %-nin hesablanmasından sonra prezident seçkilərində 87,34 % səslə liderdir.
Bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Siyahıda ikinci yeri Kommunist Partiyasını təmsil edən Nikolay Xaritonov (4,02 %), üçüncü yeri “Yeni insanlar”dan Vladislav Davankov (3,98%), dördüncü yeri Liberal Demokrat Partiyasından Leonid Slutski (3,07%) tutub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentliyə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin seçkilərdə səslərin hesablanması ilə bağlı məlumatlandırılıb.
17.03.24, 22:56
Rusiya prezident seçkilərində Putin liderdir
Vladimir Putin Rusiyada keçirilən prezident seçkilərində səslərin 87,68 faizini qazanıb. Bu barədə MSK protokolların 30%-i işləndikdən sonra məlumat yayıb.
Nikolay Xaritonov 3,95 faiz, Vladislav Davankov 3,81 faiz, Leonid Slutski 3,01 faiz səs toplayıb.
***
Rusiya Federasiyasının prezident seçkilərində Vladimir Putin 87,97 faiz, Nikolay Xaritonov 3,8 faiz, Leonid Slutski 2,96 faiz, Vladislav Davankov 3,73 faiz səslə liderdir. Mərkəzi Seçki Komissiyasının ilk məlumatları protokolların 24,4 faizi işləndikdən sonra açıqlanıb.
Səsvermənin nəticələrinin ilk məlumatları MSK-nın informasiya mərkəzində dərc olunub:
Rusiya Federasiyasının hazırkı prezidentliyinə namizəd Vladimir Putin (öz namizədliyini irəli sürüb ilə) 87,97% səs toplayıb;
Dövlət Dumasının Uzaq Şərq və Arktikanın İnkişafı Komitəsinin sədri Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası) 3,8% səs toplayıb;
RLDP sədri Leonid Slutski (LDPR) – 2,96% səs toplayıb;
Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov (“Yeni insanlar”) – 3,73% səs toplayıb.
Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün ərzində keçirilib: 15, 16 və 17 mart.
***
Rusiya Federasiyasının prezident seçkilərində Vladimir Putin 87,8 faiz, Nikolay Xaritonov 4,7 faiz, Vladislav Davankov 3,6 faiz, Leonid Slutski 2,5 faiz səs toplayıb. Bu barədə İctimai Rəy Fondunun (İRF) exit poll məlumatlarında deyilir.
“Vladimir Putin, özünün namizədliyini irəli sürüb - 87,8%. Nikolay Xaritonov, Rusiya Federasiyası Kommunist Partiyası - 4,7%, Vladislav Davankov, "Yeni insanlar" - 3.6%, Leonid Slutski, RLDP - 2.5% səs toplayıb" - məlumatda bildirilir.
Etibarsız bülletenlər 1.4 % olub. Cavab verməkdən imtina edən respondentlər (seçicilərə edilən müraciətlərin %-i): 36,5% olub.
Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.