Novruz bayramı ərəfəsində azərbaycanlı evdar xanımlar müxtəlif növ şirniyyatlar hazırlayırlar. Çünki, Azərbaycanda qonaqları şirniyyatlarla bəzədilmiş kiçik xonça ilə yola salmaq adətdir.
Bayram süfrəsinin kraliçası təbii ki, paxlavadır.
Blogger Leyla Həsənova bayram süfrəsi üçün xüsusi reseptlə paxlava hazırlayaraq bizə təqdim edir. Kulinariya mütəxəssisi Sputnik Azərbaycan-a bu növ paxlavanın necə hazırlandığını göstərib.