BAKI, 21 mart - Sputnik. Gürcüstanın NATO-ya qəbulu ilə bağlı vədlər blefdir.
Sputnik Gürcüstan xəbər verir ki, gürcü beynəlxalq məsələlər üzrə ekspert Vaso Kapanadze belə təşəbbüsləri belə adlandırıb.
Politoloqun fikrincə, bu cür təkliflərdən Gürcüstan cəmiyyətini aldatmaq üçün istifadə olunur. O hesab edir ki, NATO-nun baş katibi Yens Stoltenberqin ölkəyə səfəri Gürcüstanın NATO-ya daxil olmasını gözləyən qüvvələri gücləndirmək məqsədi daşıyır.
“Bunu, onların Gürcüstan cəmiyyətini çaşdırmağa çalışdıqları və uzun illərdir ki, guya Gürcüstan NATO-ya üzv olacaq kimi davamlı vədlər verdikləri hal adlandırmaq olar. NATO-ya üzv olmayacaq. Belə bir deyim var ki, nə vaxtsa dovşan belə siqaret çəkməyi öyrənəcək. Bu cür qeyri-real vədləri başa düşmək baxımından bu vəziyyətdəyik”, Kapanadze bildirib.
Bundan əvvəl Gürcüstanda ölkənin NATO-ya inteqrasiyası ilə bağlı müzakirələr aparılıb. Gürcüstanın baş naziri İrakli Kobaxidze Stoltenberqlə birgə mətbuat konfransı keçirib. Hökumət başçısı vurğulayıb ki, Gürcüstan alyansın ən sadiq tərəfdaşlarından biridir.