BAKI, 19 mart — Sputnik. Fransa Polşanın Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmaq çağırışlarına qoşulub.
"Politico" qəzeti bu barədə yazıb.
Adı açıqlanmayan avropalı diplomatlar iddia edirlər ki, ticarət güzəştlərinin ləğvinin nəticələri olaraq, Ukraynanın potensial itkiləri, Avropa Komissiyasının hesablamalarına görə, təxminən 1,2 milyard avro təşkil edəcək.
Bir diplomatın dediyi kimi, "Ukraynaya ən böyük zərəri ona ən böyük dəstək göstərən elə həmin Aİ ölkələri vurur".
Nəşr qeyd edib ki, müvafiq qərar Avropa İttifaqı daxilində blokun Kiyevlə azad ticarət rejiminin uzadılması ilə bağlı qarşıdan gələn danışıqlara təhlükə yaradır.
Daha əvvəl Polşada fermerlərin etirazlarını tənqid edən Ukrayna hakimiyyətinin cavabı verilib.