BAKI, 21 mart — Sputnik. Əgər Rusiya bu danışıqlarda iştirak etməsə, Çin Ukrayna üzrə mümkün sülh danışıqlarını boykot edə bilər.
"Politico" bu barədə məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin yazdığına görə, Pekin Brüsseli Moskvaya İsveçrədə baş tuta biləcək gələcək sülh danışıqları masasına oturmağa icazə verməyə inandırmağa çalışır.
Əks halda Çin tərəfi belə görüşləri boykot edəcək.
Mənbələrin bildirdiyinə görə, bu vəzifəni Çinin Ukrayna üzrə xüsusi nümayəndəsi Li Huey mart ayında Avropa turu zamanı təqdim edib.
Bundan əvvəl Çinin BMT-dəki daimi sədrinin müavini Qen Şuanq Təhlükəsizlik Şurasının iclasında Pekinin Rusiya və Ukrayna arasında danışıqlar üçün bütün lazımi şərtləri təmin etməyə hazır olduğunu bildirib.