Artıq ölkəmizə yaz fəsli gəlib.
Baharın gəlişi həm də yeni günün, yeni ilin - Novruzun gəlməsi deməkdir.
Bu günlərdə qeyd olunan Novruz bayramının atributlarından biri də tonqaldır. İnsanlarımız məhəllələrində, həyətlərində qaladıqları tonqalın üzərindən tullanaraq problemlərinin, çətinliklərinin, dərdlərinin ötən ildə qalmasını arzu edirlər.
Ölkənin hər yerində olduğu kimi, bayram tonqalları paytaxtda da qalanıb.