BAKI, 21 mart - Sputnik. Avstraliya, Böyük Britaniya, Vyetnam və Cənubi Afrikadan olan bir qrup alim dünyanın ən böyük pitonlarını yeməyə başlamağı təklif ediblər. Bu barədə ScienceAlert məlumat yayıb.
Tədqiqatçılar Tayland və Vyetnamdakı fermalarda torlu və tünd pələng pitonlarının yetişdirilməsini 12 ay ərzində izləyiblər. Onlar tapdılar ki, bu şəkildə istehsal olunan ətin daha çox yayılmış mal və ya donuz əti ilə müqayisədə bir çox üstünlüyü var.
Dünyanın ən böyük ilanları arasında sayılan pitonlar tez böyüyüblər və aylarca ac qaldıqdan sonra da arıqlamayıblar. Eyni zamanda, hər kiloqram piton əti üçün cəmi 1,2 kiloqram yem istifadə olunub. Müqayisə üçün qeyd edək ki, toyuq və digər quş ətinin hər kiloqramına 2,8 kiloqram yem, donuz ətinin kiloqramına 6 kiloqram yem, mal ətinin kiloqramına isə 10 kiloqram yem xərclənir.