BAKI, 20 mart - Sputnik. Qırğızıstan-Özbəkistan sərhədində daha bir yeraltı tunel aşkarlanıb. Bu barədə Sputnik Qırğızıstan ökənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Qeyd olunur ki, tunel 12,5 metr dərinlikdə qazılıb. Onun girişi Bek-Abad (Suzak rayonu) kəndinin 41 yaşlı sakininin evində tapılıb. Uzunluğu 350 metr olan tunel qonşu respublika ərazisinə aparır.
Videoya görə, içəridə olduqca rahatdır: işıqlandırma var və tavanın hündürlüyü 2,2 metrdir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tunellə insanlar və qaçaqmallar daşınıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Milli Təhlükəsizlik Dövlət Komitəsi Qırğızıstan-Özbəkistan sərhədində 130 metr uzunluğunda yeraltı digər bir tunelin də aşkar edildiyini açıqlamışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.