BAKI, 19 mart — Sputnik. Martın 19-u Ermənistanın paytaxtında baş naziri Nikol Paşinyan və NATO-nun baş katibi Yens Stoltenberq arasında təkbətək görüş olub.
Ermənistan mıətbuatı yazır ki, rəmilər görüş zamanı İrəvan və Bakı arasında münasibətləri müzakirə ediblər.
Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistan və Azərbaycan arasında gələcək sülh müqaviləsi mövzusu ətrafında fikir mübadiləsi aparıblar.
Onlar həmçinin Ermənistan-NATO qarşılıqlı fəaliyyəti məsələlərini nəzərdən keçirib, regional problemlər barədə danışıblar.
Bundan sonra tərəflər geniş tərkibdə görüşü davam etdiriblər.
Bundan əvvəl Stoltenberq Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra bildirib ki, uzun illərdən sonra İrəvanla Bakı arasında sabit və davamlı sülh əldə etmək şansı var.