BAKI, 19 mart - Sputnik. Rusiyalı televiziya şərhçisi və idman jurnalisti Vasili Utkin 53 yaşında vəfat edib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Utkin televiziyada 1994-cü ildən işləyirdi, bir sıra futbol verilişlərinin aparıcısı olub. 2017-ci ildə şərhçi karyerasını bitirdiyini elan etmişdi. O, həmçinin "Seçkilər günü" və "Seçkilər günü 2" filmlərində baş rolda çəkilib.