RUSİYA

Putin Qərbi Rusiyaya qarşı radikal qruplardan istifadədə günahlandırıb

Rusiya liderinin sözlərinə görə, neonasist Kiyev rejiminin yenidən Qərbin dəstəyi və onların birbaşa göstərişi ilə terror metodlarına keçməsi təbiidir.
Sputnik
BAKI, 19 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin Qərbi Rusiya Federasiyasına qarşı radikal qruplardan istifadə etməkdə ittiham edib.
"Vaxtilə Qərb müxtəlif növ transsərhəd, radikal terror qruplaşmalarından, onların Rusiyaya qarşı təcavüzünə təkan verməklə fəal şəkildə istifadə edirdi", - dövlət başçısı FSB-nin kollegiya iclasında bildirib.
Putinin sözlərinə görə, neonasist Kiyev rejiminin yenidən Qərbin dəstəyi və onların birbaşa göstərişi ilə terror metodlarına keçməsi təbiidir.
"Bunlar dinc şəhərlərin atəşə tutulması, dövlət rəsmilərinə və ictimai xadimlərə qarşı sui-qəsd cəhdləri, Rusiyanın mühüm infrastruktur obyektlərində və insanların çox olduğu yerlərdə təxribat və terror aktlarının icraçılarını cəlb etmək cəhdləridir".