BAKI, 19 mart — Sputnik. Hindistandan gələn silahlar artıq bir ildir ki, Ermənistandadır, lakin yararsız vəziyyətdədir. Bu barədə Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan “168 jam” qəzetinə müsahibəsində bildirib.
Keçmiş Müdafiə Nazirliyinin rəhbəri hakimiyyətin hərbi-texniki sahədə siyasətini tənqid edərək bu barədə yazıb. O bildirib ki, Hindistan silahlarına artıq bir ildir ki, Ermənistanda təmir və texniki xidmət göstərilmir”.
Keçmiş nazir qeyd edib ki, Rusiya istehsalı olan bir sıra silahlara, “İskəndər” və ya Su-30SM qırıcılarına texniki qulluqda çətinliklər olub.
Amma birincisi, Ermənistan heç də həmişə öz büdcəsindən bu xidmətlərə görə pul ödəmirdi - çox vaxt bu vəzifəni rusiyalı mütəxəssislər öz üzərinə götürürdülər. Bundan əlavə, Rusiya ilə bu sahədə münasibətlər tamam başqa keyfiyyət və səviyyədə idi.
Karapetyan Rusiyanın pulsuz olaraq nə qədər silah və texnika verdiyini unutmamağa çağırıb. Ermənistan yalnız fabrikdən birbaşa tədarük olunan məhsulları alırdı. Digər hallarda, Rusiya Federasiyası öz arsenallarından köçürdü.
Amma indiki hökumət, eks-nazirin fikrincə, bütün bunlardan imtina edərək, başqa mənbələrə və başqa tədarüklərə üstünlük verir, bu isə çox vaxt daha bahalı və səmərəsizdir.
Xatırladaq ki, Ermənistan son 2 ildə Hindistanla yüz milyonlarla dollar dəyərində müdafiə müqavilələri bağlayıb. Müqavilələr çərçivəsində haubitsalar, RYAS sistemləri, döyüş sursatları və s. tədarük edilib və ya tədarükü planlaşdırılır.