CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"TikTok"da canlı yayımda övladına şiddət göstərən ana izahat verib - VİDEO

Kəmalə Ağazadə deyib ki, uşağa şiddət davam edərsə, həmin qadın analıq hüququndan məhrum edilməlidir.
Sputnik
BAKI, 18 mart — Sputnik. Azərbaycanda azyaşlıya qarşı kobud rəftar və fiziki şiddət göstərən ana hüquq-mühafizə orqanlarına dəvət edilib. Orada ondan izahat alınıb. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib. O deyib ki, sözügedən qadının analıq hüququndan məhrum edilməsi də mümkündür:
"Qanunda olan boşluqlar səbəbindən dərhal belə anaların analıq hüququ əlindən alınmır. Amma uşağa şiddət davam edərsə, həmin qadın analıq hüququndan məhrum edilməlidir".
Qeyd edək ki, bununla bağlı görüntüləri "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb.
Görüntü "TikTok" sosial şəbəkəsində canlı yayım zamanı qeydə alınıb. "TikTok"da canlı yayım açaraq izləyiciləri ilə danışan xanım onun əmrinə tabe olmayan uşağı hədələyir və döyür.
Rusdilli qadın uşağa telefon və kompüterə toxunduğu, musiqiyə qulaq asdığı halda yenidən döyəcəyini, saçını yolacağını, dırnaqlarını dartacağını bildirir.
Birliyin sədri görüntülərin Azərbaycanda qeydə alındığını vurğulayaraq, aidiyyəti qurumlara məsələni araşdırmaları və azyaşlını xilas etmələri üçün müraciət edib.