BAKI, 18 mart — Sputnik. Pakistan təyyarələri Əfqanıstanın Xost və Paktika əyalətlərinə hava zərbələri endirib.
"Dawn" saytı xəbər verir ki, Pakistanın Əfqanıstanın sərhəd bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər həlak olub.
Taliban sözçüsü Əfqanıstan torpaqlarına endirilən zərbələri pisləyib və bunu ölkənin suverenliyinin pozulması adlandırıb.
Qeyd edək ki, “Təhrik-i-Taliban” qruplaşmasının Əfqanıstandakı bazaları İslamabadla Kabil arasında münasibətlərin dondurulmasına səbəb olub. “Əl-Qaidə” ilə bağlı olan qruplaşmanın 50 minə yaxın üzvü olduğu iddia edilir.
Xatırladaq ki, *Rusiya Federasiyası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli qərarı ilə Taliban hərəkatı terror təşkilatı kimi tanınıb. Onun Rusiyada fəaliyyəti qadağandır.